Yerlilər və əcnəbilər arasında bərabərsizlik



«Lakin İran hökuməti hansısa bir Portuqaliya ilə müqayisədə belə süst və gücsüz idi, qaldı ki İngiltərə və Rusiya ola. Bu güclərin təhdidləri və basqıları altında, eləcə də rüşvətin köməyi ilə – İranda axı hər şey satlıqdır – maraqlı dövlətlər İranla, avropalıları tamamilə təhlükəsiz bir vəziyyətə gətirən müqavilələr bağlayırdılar. Hər hansı bir vali və ya nazir şahın istənilən təbəəsini istədiyi qədər ələ sala bilər, əgər güclü himayədarları və ödəməyə pulu yoxdursa, ancaq, sadə bir xadim olsa belə, nəinki bir avropalıya, hətta bir Avropa səfirliyində, bankında, ofisində və ya şose yolunda xidmət edən yerliyə də barmağını toxundurmağa cürət etmir. Bir çox iranlı tacir bu məqsədlə xaricə köçərək və xarici vətəndaşlığı qəbul edərək ticarət işləri üçün vətənlərinə qayıdırdı. Ticari və digər işlər bir çox iranlını qonşu ölkələri tez-tez ziyarət etməyə məcbur edirdi, orada onlar daha yaxşı qayda-qanunlarla tanış olurdular.»


Березин Н.И., Персия. — СПб.: Типография Тренке и Фресно, 1910, səh. 73.

 

 

 

 

Comments